Dünya futbolu

20 minə çoban iti aldı ki…

Argentina yığmasının qapıçısı Emiliano Martineç dünya çempionatında qazandığı qızıl medalı qorumaq üçün it alıb.

Aut.az “Daily Star”a istinadən verir ki, Martines xüsusi təlim keçmiş Belçika çoban itinə görə 20 min funt-sterlinq ödəyib.

Bu itlərin çəkisi 30 kq-a qədərdir. Böyük Britaniya və ABŞ-dakı elit hərbi hissələr onlardan tez-tez döyüş missiyaları üçün istifadə edirlər.

“Elite Protection Dogs”-dan alınan çoban iti bundan sonra Martinesin həyat yoldaşı, oğlu və qızının da yaşadığı evi qoruyacaq.

Şirkətin müştəriləri arasında “Tottenhem”in və Fransa millisinin qapıçısı Hüqo Lloris, həmçinin “Çelsi” və İngiltərə yığmasının keçmiş müdafiəçisi Eşli Koul və boksçu Tayson Fyuri də var.