Yeni Modriç tapıldı: “Real” ÇL-in finalından sonra onu hədəf aldı – FOTO
“Real” Luka Modriçə əvəzləyici tapıb.
Aut.az xəbər verir ki, “Real Madrid Confidencial”a görə, “kral klubu” PSJ-nin yarımmüdafiəçisi Vitinyonu xorvatiyalının potensial varisi kimi nəzərdən keçirir.
Modriç klublararası dünya çempionatından sonra klubdan ayrılacaq. PSJ-nin “İnter”i 5:0 hesabı ilə darmadağın etdiyi Çempionlar Liqasının finalında Vitinyanın çıxışı böyük təəssürat yaradıb.
Onun meydanın mərkəzindəki sakitliyi və inamlı ötürmələri “Real Madrid” skautlarının diqqətindən yayınmayıb.
Ouen Harqrivs “TNT Sports”a deyib: “Vitinya Modriç kimi oynayır. Ona qarşı hərəkət etmək mümkün deyil. O, Modriçin özünü çox xatırladır. Daha yüksək tərif yoxdur”.
Aut.az

