Dünya futbolu

Mbappe ilə Əl-Xelaifi arasında münaqişə yaşanır? – Vəziyyət o həddə çatıb ki…

PSJ-nin hücumçusu Kilian Mbappe ötən gün mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. Fransalı hücumçu vida videomüraciətində klub prezidenti Nasser Əl-Xelaifiyə təşəkkür etməyib.

Aut.az xəbər verir ki, “Le Parisien”in yazdığına görə, hücumçu ilə prezident arasında fevralın 13-dən münaqişə yaranıb. Vəziyyət o həddə çatıb ki, Mbappe istefa məktubu ilə ona müraciət edib.

Əl-Xelaifi, Kilianı nankor hesab edi., Çünki o, komandanın yeni layihəsini xüsusi olaraq onun üçün qurulub. Buna görə Mbappeni əsas ulduz ediblər.

Qeyd edək ki, Frana millisinin üzvünün PSJ ilə müqaviləsi iyunun 30-da başa çatacaq. 25 yaşlı forvardın “Real”a keçəcəyi gözlənilir.

Aut.az