Motosiklet yarışçısı ölümdən döndü: Dəhşətli qəza anbaan VİDEODA
Motosiklet yarışçısı Pol Kessidi Şimali İrlandiyada keçirilən “North West 200” yarışında möcüzəvi şəkildə qəzadan sağ çıxıb.
Aut.az xəbər veririk, yürüş zamanı Kessidi başqa bir motosikletçi ilə toqquşub və sonra divara çırpılıb. Təxminən 7 metr havaya uçan idmançı dayanmış avtomobilə çırpılmazdan əvvəl göydə ən azı iki dəfə salto vurub.
Paul daha sonra sosial şəbəkədə yazıb ki, hadisə zamanı ciddi xəsarət almayıb.
“Mən yaxşıyam, sadəcə qanlı yaram var”, – o yazıb.

