Prezident Mourinyonun qayıtmasına razıdır: Şoumendir, yaxşı olacaq
La Liqanın prezidenti Xavyer Tebas Joze Mourinyonun “Real Madrid”in baş məşqçisi vəzifəsinə qayıtmasının tərəfdarı olduğunu bildirib.
Daha əvvəl bildirilmişdi ki, Madrid klubunun prezidenti Florentino Peres hazırda “Benfikaya”ya rəhbərlik edən portuqaliyalı mütəxəssisin kluba qayıtması üçün danışıq aparır.
Aut.az xəbər verir ki, Tebas İspaniya mətbuatına deyib:
“Əgər “Real Madrid” və onun rəhbərliyi belə bir qərar qəbul etsə, bu, “Real” üçün yaxşı olacaq. Mourinyo isə həmişə şoumen olub, tamaşa yaradıb və bu, La Liqa üçün yaxşıdır”.
Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”in baş məşqçisi vəzifəsində çalışıb və klubla İspaniya çempionatını, kubokunu və Superkubokunu qazanıb.
Aut.az
