Dünya futboluİngiltərə

 “Şaxtyor” “Çelsi”nin ulduzuna görə Ukrayna Futbol Assosiasiyasını məhkəməyə verəcək

“Şaxtyor” London “Çelsi”sinin yarımmüdafiəçisi Mixail Mudrikin dopinq işi ilə bağlı Ukrayna Futbol Assosiasiyasını məhkəməyə vermək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Burbas məlumat verib.

Mənbənin sözlərinə görə, futbolçunun millinin düşərgəsində olduğu müddətdə qadağan olunmuş maddələr qəbul etdiyi təsdiqlənərsə, iddia qaldırılacaq.

2024-cü ilin dekabr ayından Mudrik dopinq testinin müsbət çıxması səbəbindən “Çelsi”nin oyunlarından kənarlaşdırılıb: futbolçunun bədənində Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qadağan edilmiş meldonium preparatı aşkar edilib.

Mixail 2023-cü ilin yanvarından “Çelsi”də çıxış edir. Ümumilikdə yarımmüdafiəçi “mavilər”in heyətində bütün yarışlarda 73 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az