Dünya futbolu

FİFA bu sistemi yeniləyir: KDÇ-də tətbiq ediləcək

FİFA yarımavtomatlaşdırılmış ofsayd aşkarlama sistemini yeniləməyi və təkmilləşdirməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Dəyişikliklərin ilk dəfə iyunun 15-də ABŞ-da başlayacaq Klublararası Dünya Çempionatında tətbiqi planlaşdırılır.

FİFA bildirib ki, topun daxilinə hakimə oyundankənar vəziyyət barədə siqnal verəcək sensor quraşdırılacaq. Maraqlıdır ki, qurum Premyer Liqada Tayvo Avonyi ilə insidentdən sonra bu haqda düşünüb. Həmin epizodda hakim oynamağa icazə verdi, baxmayaraq ki, forvard ofsaydda idi. Nəticədə futbolçu dirəyə çırpıldı və bir müddət sonra əməliyyat olundu.

Klublararası dünya çempionatının açılış matçı iyunun 15-i Bakı vaxtı ilə saat 04:00-a planlaşdırılıb.

Açılış oyununda Messinin çıxış etdiyi “İnter Mayami” “Əl-Əhli” ilə qarşılaşacaq.

Aut.az