Çoxlarının ağzını yumduq – İspaniyanın ulduzu
“Barselona” və İspaniya millisinin müdafiəçisi Pau Kubarsi milli komandanın DÇ- 2026 zamanı üzləşdiyi tənqidlərdən danışıb. İspaniya DÇ-nin yarımfinalında Fransanı 2-0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Aut.az xəbər verir ki, insayder Fabritsio Romano Kubarsinin sözlərini sitat gətirib:
“Müdafiə xəttimiz və qapıçılarımız haqqında çox danışılırdı, amma çoxlarının ağzını yumduq. Düşünürəm ki, hazırda futbolda ən vacib şeylərdən biri qapısını toxunulmaz saxlamaqdır”.
Aut.az
