Conson Lebronla münasibətlərindən danışdı – Nəyə görə peşmandır?
Basketbol Şöhrət Zalının üzvü və “Los-Anceles Leykers”lə beşqat NBA çempionu olan Mecik Conson, 41 yaşlı dördqat NBA çempionu Lebron Ceymslə münasibətlərində peşman olduğu məqam haqda danışıb.
Aut.az HITC-yə istinadla xəbər verir ki, Conson deyib:
“Lebrona zəng edib gedəcəyimi demədiyim üçün peşmanam. Çox təəssüf edirəm. Ona deməli idim, deməli idim. Özümü elə apardım ki, sanki istədiyimi etmək hüququm var. Lyuk Uoltonu işdən çıxarmaq istəyirdim, çünki onun bu işə yaramadığını bilirdim.
Cini Bassla olan gözəl münasibətlərimi pozmaq istəmirdim. Səssiz qalmaq və ağlımda olanları deməmək əvəzinə, “İcazə verin, gedim, bu, hər kəs üçün ən yaxşısıdır” dedim. Bunu etdiyimə şadam. Ona zəng etmədiyim üçün sadəcə peşmanam”, – deyə Conson bildirib.
Mecik Conson 2017-ci ilin fevral ayından 2019-cu ilin aprel ayına qədər “Los-Anceles Leykers”də basketbol əməliyyatları üzrə prezident vəzifəsində çalışıb.
Aut.az
