Milyarderlər onunla şelfi çəkdirmək istədilər – Tanımadı
2026-cı il Dünya Kubokunun yarımfinalında İspaniya və Fransa arasında (2:0) keçirilən oyun zamanı strimer IShowSpeed İspaniyanın iki ən böyük iş adamı ilə rastlaşıb.
Aut.az xəbər verir ki, onlar “Banco Santander”in baş direktoru Ana Botin və “Mercadona” supermarket şəbəkəsinin sahibi Xuan Roiq olublar.
Sahibkarlar selfi çəkdirmək üçün bloqçuya yaxınlaşıblar. Əvvəlcə Speed onların kim olduğunu belə anlamayıb. Lakin sonradan onların Avropanın ən nüfuzlu iş adamlarından olduqlarını ona izah ediblər.
Botin strimerə “Mercadona”nın “İspaniya Walmartı”, “Santander”in isə “Avropa JPMorganı” olduğunu söyləyib. Daha sonra o, bloqçuya bankla fərdi müqavilə təklif edib.
Aut.az
