İngiltərə

“Liverpul” Salaha əvəzləyici tapdı: Qiyməti 100 milyondur

“Liverpul”un lideri Məhəmməd Salah klubu tərk edə bilər. Misirlinin müqaviləsi başa çatır – o, azad agent kimi Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.

Aut.az xəbər verir ki, Almaniyanın BILD portalının məlumatına görə, “Liverpul” artıq hücumun sağ cinahında Salahın yerinə oyunçu axtarışına başlayıb. Salahın yerinə namizədlərdən biri Dortmund “Borussiya”sının hücumçusu Ceymi Bynoe-Gittensdir . Mümkün transferlə bağlı iki klub arasında əlaqə yaranıb. “Borussiya” futbolçusu üçün 100 milyon avro istəyib.

Gittens 2024/25 mövsümündə 10 oyuna çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə verib. Daha əvvəl futbolçu ilə “Çelsi”nin maraqlandığı bildirilirdi.

Aut.az