Dünya futbolu

Afrika Kuboku ilə bağlı tarixi qərar: Yayda bu ölkədə keçiriləcək

2025-ci ildə Afrika Millətlər Kuboku Mərakeşdə keçiriləcək.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, Afrika Futbol Konfederasiyası (CAF) növbəti Afrika Kubokunun yayda keçirilməsinə prinsipial razılıq verib. Təklif olunan turnir tarixləri 20 iyul -16 və ya 17 avqust 2025-ci il tarixləri arasındadır.

Xatırladaq ki, 2024-cü il Afrika Millətlər Kuboku Kot-d’İvuarda 5 şəhərin altı stadionunda (Abidjan, Buake, Korhoqo, San Pedro, Yamoussoukro) yanvarın 13-dən fevralın 11-dək keçirilib. Turnirdə 24 milli komanda iştirak edib.

Aut.az