Dünya futbolu

Asiya Kuboku: İraqdan sensasion qələbə- Pley-offa yüksəldi

Qətərdə keçirilən Asiya Kubokunun qrup mərhələsinin 2-ci turunda İraq yığması sensasiya edərək, Yaponiya yığmasını məğlub edib.

Aut.az xəbər verir ki,görüş 2:1 hesabı ilə iraqlıların xeyrinə başa çatıb. Aymen Hüseyn birinci hissədə dubla imza atıb.

Yaponlar üçün yeganə qolu ikinci hissənin sonunda Vataru Endo vurub.

Bu qələbə sayəsində İraq yığması 6 xal toplayıb və vaxtından əvvəl D qrupundan pley-offa vəsiqə qazanıb.

Hesabında 3 xalı olan Yaponiya yığması turnirdə ilk məğlubiyyətini alıb.

Aut.az