ABŞ-da da “tupoy” məmurlar var: Görün Sona nə arzuladı – VİDEO
Son Hın Minin “Los Angeles”in oyunçusu kimi təqdimatı zamanı gülməli hadisə yaşanıb.
Aut.az xəbər verir ki, şəhər şurasının üzvü Hizer Hutt ümid etdiyini bildirib ki, cənubi koreyalı futbolçu ABŞ klubuna 2026-cı ildə evdə keçiriləcək Dünya Çempionatında qələbə qazanmağa kömək edəcək.
Bu barədə “The Telegraph” məlumat yayıb.
“Hazırda heç bir təzyiq yoxdur, lakin Dünya Kuboku başlayanda biz “Los-Anceles”in ABŞ-da keçiriləcək turnirdə qalib gəlməsinə ümid edəcəyik. Buna nail olmaq üçün siz bizə kömək etməlisiniz”, – Hutt Sona müraciətlə deyib.
33 yaşlı Son 10 il forma geyindiyi İngiltərənin “Tottenhem” klubundan ayrılıb.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.
Aut.az
