“Barsa” ilə “Arsenal”ın cəhdi əbəsdir: Onu satmayacaqlar
“Atletiko Madrid” Xulian Alvaresi satmaq fikrində deyil.
Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, Madrid klubu “Barselona”nın və “Arsenal”ın 25 yaşlı hücumçu ilə maraqlanmasından xəbərdar olsa da, onun gələcəyi ilə bağlı sakitliyini qoruyur. Onlar əmindirlər ki, argentinalı hazırkı komandasından razıdır.
“Atletiko” Alvaresi satmağı müzakirə etmək niyyətində deyil , onun müqaviləsində 500 milyon avro dəyərində alış bəndi var”, – məlumatda deyilir.
Ötən mövsüm Xulian La Liqada 37 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
