İngiltərə

Sterlinq bu mövsüm Premyer Liqada oynaya bilməyəcək: Səbəb bəllidir

“Çelsi”nin sabiq yarımmüdafiəçisi Rahim Sterlinqin bu mövsüm Premyer Liqada oynamaq ehtimalı yoxdur.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Azad agent olan oyunçu transfer pəncərəsi bağlanana qədər  başqa komandaya keçə bilməyib. Klubların hələ də 26 mart tarixinə qədər heyətlərinə azad agent əlavə etmək imkanı var, lakin bunun üçün onların heyətində 25-dən az oyunçu olmalıdır. Hazırda Premyer Liqada belə komandalar yoxdur.

31 yaşlı Sterlinq bu mövsüm hələ bir dəfə də olsun meydana çıxmayıb. “Transfermarkt” onun bazar dəyərini 5 milyon avro olaraq qiymətləndirir.

Aut.az