İlin ən yaxşı futbolçusu milliyə çağırılmadı
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel oktyabr oyunları üçün komandaya dəvət olunan futbolçuların siyahısını açıqlayıb.
Aut.az xəbər verir ki, dəvət olunanların siyahısında “Real”ın yarımmüdafiəçisi Cud Bellingem yer almayıb. Bir neçə gün əvvəl o, İngiltərə millisində ilin futbolçusu seçilmişdi. Onun yığmaya çağırılmamasına səbəb isə çiyin əməliyyatından sonra bərpa olunmamasıdır.
Oktyabrın 9-da ingilislər yoldaşlıq görüşündə Uels yığmasını qəbul edəcək, 5 gün sonra isə səfərdə Latviya ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacaq.
Aut.az

