Runidən “Siti”yə xəbərdarlıq: Bumeranq effekti verə bilər
“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Ueyn Runi hesab edir ki, “Mançester Siti” oyunçuları “Arsenal” üzərində qələbəni çılğınlıqla qeyd etməklə səhvə yol veriblər.
Aprelin 19-da “Mançester Siti” Premyer Liqanın 33-cü turunda “Arsenal”ı 2-1 hesabı ilə məğlub etdi. Pep Qvardiolanın komandası turnir cədvəlində londonlularla olan fərqi üç xala endirdi və ehtiyatda bir oyunları var.
Aut.az xəbər verir ki, Runi BBC-nin “Match of the Day” verilişində deyib:
“Onların reaksiyası bir az həddindən artıq idi. “Siti”nin hələ altı oyunu qalıb və bu, şübhəsiz ki, böyük qələbədir. Sadəcə düşünürəm ki, belə sevinmək bir az tez idi və bumeranq effekti verə bilər.
“Arsenal” azarkeşləri komandalarını dəstəkləməlidirlər, bu, həqiqətən vacibdir”.
Aut.az
