“Barsa” 29 milyon da tapa bilmir ki…
“Barselona” keçən mövsüm icarə əsasında heyətə cəlb etdiyi “Siti”nin futbolçusu Joa Kanselo üçün ingilis klubunun tələb etdiyi 25 milyon funt-sterlinqi (29 milyon avro) ödəyə bilmir.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin məlumatına görə, klublar hazırda Kanselonun daha bir il icarəyə götürülməsi və onun gələn yay tam müqavilə imzalaması variantını müzakirə edirlər.
Xatırladaq ki, ötən mövsüm portuqaliyalı bütün turnirlərdə 42 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.
Aut.az
