Flik “Barselona” rəhbərliyindən nə tələb edir?
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klub rəhbərliyindən yanvarda transfer tələb edir.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, almaniyalı çalışdırıcı hücumçu almaqda israrlıdır. Flik hesab edir ki, kataloniyalılar Dani Olmo və Pau Viktoru qeydə ala bilmədikdən sonra komandanın hücumu zəifləyəcək.
Alman məşqçi klubun çətin maliyyə vəziyyəti ilə əlaqədar azad agentlə müqavilə imzalamaq variantını nəzərdən keçirir.
Aut.az
