Ronaldodan acı etiraf: Bu iki klubla rəqabət aparmaq çətindir
“Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının iki ən güclü komandasının adını da açıqlayıb.
“Səudiyyə Ərəbistanı kimi bu gözəl ölkədə olmaqdan xoşbəxtəm. Həyat gözəldir. Futbol da yaxşıdır. “Əl Nəsr” də inkişaf etməyə çalışır.
Komandamız üçün “Əl-Hilal” və “Əl-İttihad”la rəqabət aparmaq çətindir. Futbol belədir: yaxşı vaxtlar da olur, pis vaxtlar da. Mənim üçün ən vacibi peşəkar qalmaq, kluba, müqaviləmə hörmət etmək və hər şeyin dəyişəcəyinə ümid etməkdir. Mən “Əl-Nəsr”lə Asiya Çempionlar Liqasını qazanmağı xəyal edirəm”, – Ronaldo deyib.
Aut.az
