Qaydasız döyüş

Dağıstan dopinq qəbulunda bir nömrədir: Hyuzdan Həbibə cavab

Bellator üzrə yüngül çəkidə çempion tituluna iddialı irlandiyalı Pol Hyuz sosial şəbəkələrdə gələcək rəqibi Usman Nurməhəmmədovu və İrlandiyada döyüşçülərin olmadığını deyən qardaşı, UFC əfsanəsi Həbib Nurməhəmmədovu tənqid edib.

“Həbib, Konor Makqreqor səni məşhur etdi. Dağıstan dopinq üzrə bir nömrədir”, – Hyuz “X” sosial şəbəkəsində yazıb.

Hyuz həmçinin Usmanın 2023-cü ilin noyabrında uğursuz dopinq testindən keçməsi ilə bağlı xəbərin skrinşotunu əlavə edib. Buna görə Nurməhəmmədov altı ay müddətinə diskvalifikasiya edilib.

Xatırladaq ki, Usman Nurməhəmmədov və Pol Hyuz arasında döyüş 2025-ci il yanvarın 25-də “Bellator Champions Series: Road to Dubai” turnirində baş tutacaq.

Aut.az