Qaydasız döyüş

Liqaların birləşməsinə etiraz etdi: Pisdir

UFC prezidenti Dana Uayt “Bellator” promosyonunun Peşəkar Döyüşçülər Liqası (PDL) tərəfindən alınmasını şərh edib.

Aut.az xəbər verir ki, Uaytın fikrincə, bu, qarışıq döyüş növlərinə mənfi təsir göstərəcək:

“”Bellator” PDL ilə birləşir. Bu, pisdir. Seçimlərin az olmasında yaxşı heç nə yoxdur. Bu, şübhəsiz ki, yaxşı deyil”.

Daha əvvəl bildirilmişdi ki, “Bellator” brendi PDL-in rəhbərliyi altında mövcud olmağa davam edəcək.