Qaydasız döyüş

Nqannunu qovmaması üçün ona yalvarırmışlar

UFC prezidenti Deyn Uayt məğlubiyyətdən sonra kamerunlu Frensis Nqannunu qovmağı planlaşdırdığını etiraf edib.

“Bu, 2018-ci ildə idi. Frensis ardıcıl iki dəfə uduzdu və mən onu qovmaq istədiyimi başa düşdüm. Amma yalvarırdılar ki, bunu etmə. Bu hekayədə heç kimin bilmədiyi bir çox məqamlar var. Nqannu UFC-də qalsaydı, çoxlu pul qazanardı. Lakin o, Con Consla döyüşmək istəmədi, bu bir faktdır.

Nqannu bizim təşkilatı tərk etdi, çünki Consu məğlub edə bilməyəcəyini başa düşdü. Və bu halda o, çoxlu pul itirəcəkdi. Lakin o, öz seçimini etdi”, – Uayt yekunlaşdırıb.

Frensis Nqannu UFC-də son döyüşünü 22 yanvar 2022-ci ildə keçirib. O, Siril Qanı məğlub etdi və çempion titulunu qorudu. Bundan sonra kamerunlu boksda iki döyüş keçirib və yenidən qarışıq döyüş sənətinə qayıdıb. 19 oktyabr 2024-cü ildə Nqannu PFL-də debüt etdi və Renan Ferreyranı məğlub etdi.

Aut.az