Qaydasız döyüş

Fiziyev İslamla bağlı proqnoz verdi: Titulunu qoruya biləcək?

UFC-nin yüngül çəki reytinqində 11-ci olan azərbaycanlı Rafael Fiziyev 70 kq çəki dərəcəsində hazırkı UFC çempionu İslam Maxaçovun bu ilin sonuna qədər titulunu saxlayıb-saxlamayacağı haqda sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Fiziyev bu barədə “Vestnik MMA” “YouTube” kanalına müsahibəsində deyib.

“Yüngül çəki dərəcəsində mübarizə indi çox çətindir, amma düşünürəm ki, İslam çempionluq kəmərini qoruyub saxlayacaq, çünki o, nizam-intizamlı və yaxşı bacarıqlara malik döyüşçüdür”, – Fiziyev deyib.

Martın 9-da Las-Veqasda (Nevada ştatı, ABŞ) UFC 313 turnirində baş tutan sonuncu döyüşündə Fiziyev UFC-nin müvəqqəti yüngül çəkidə keçmiş çempionu amerikalı Castin Qetci ilə üz-üzə gəlib. Döyüş hər üç raund davam edib və yekdil qərarla Castinin qələbəsi ilə başa çatıb.

Aut.az