UFC-nin Ağ Evdəki turnirinin mükafat fondu açıqlandı
UFC prezidenti Dana Uayt qarşıdan gələn UFC Ağ Ev “Freedom 250” turnirinin ümumi mükafat fondu 1 milyon dollar təşkil edəcəyini açıqlayıb.
Aut.az xəbər verir ki, “gecənin döyüşü” nominasiyasının qalibləri olan hər iki döyüşçü 300 min dollar mükafat alacaq. Turnirin yekununda ən yaxşı çıxış göstərən iki döyüşçünün hər birinə isə 200 min dollar veriləcək.
Turnir iyunun 15-də keçiriləcək. Əsas döyüşdə 29 yaşlı yüngül çəkidə (70 kq-a qədər) məğlubedilməz UFC çempionu, ispaniya-gürcü əsilli İliya Topuriya ilə 37 yaşlı yüngül çəkidə müvəqqəti UFC kəmərinin sahibi, amerikalı Castin Getji üz-üzə gələcək.
Aut.az
