Həbiblə Konor arasındakı münaqişənin həll yolu: UFC əfsanəsi göstərdi
UFC əfsanəsi Daniel Kormier rusiyalı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasındakı münaqişədən danışıb.
Aut.az xəbər verir ki, Həbib və Makqreqor 2018-ci ilin oktyabrındakı döyüşdən əvvəl mübahisə ediblər və o vaxtdan bəri bir-birləri haqqında xoşagəlməz ifadələr işlədirlər.
“Konor sadəcə Həbibə nifrət edir. Onun içində dərin bir kin var. Amma hər iki istiqamətdə belədir. Həbib də bu oğlanı sevmir. Bir-birlərinə nifrət edirlər.
Bu münaqişəni həll etməyin ən asan yolu budur: Makqreqor Çandleri məğlub etsə, ona İslam Maxaçova qarşı titul döyüşü verin. Həbib bununla təsəlli tapacaq, Konor isə Həbibin varisini məğlub edərək qisas almağa çalışacaq”, – Kormier “Funky & The Champ”a verdiyi müsahibədə deyib.
Aut.az
