İslama məsləhət verdi: Mənim səhvimi təkrarlama
Kanadalı UFC əfsanəsi Corc Sen-Pyer rusiyalı UFC döyüşçüsü İslam Mahaçovun başqa çəki dərəcəsinə keçməsini şərh edib.
Aut.az xəbər verir ki, Corc bu barədə Ariel Helvani ilə müsahibəsində deyib.
Bundan əvvəl Mahaçev yarımorta çəkidə UFC çempionu titulunun sahibi avstraliyalı Cek Della Maddalenaya qarşı döyüşmək üçün yüngül çəkidə tituldan imtina etmişdi.
-Sizcə, Mahaçev yarımorta çəki dərəcəsində çempiona qarşı necə görünəcək?
– İslamın normal çəkisinin nə olduğunu bilmirəm. Amma mən ona məsləhət vermək istərdim. Maykl Bispinqə qarşı döyüşdən əvvəl etdiyim səhvi etmə. Kökəlmək üçün çox ciddi yemək cədvəli ilə bədənimə işgəncə verdim. Və özümü pis hiss etdim. Sadəcə təbii yolla kökəlmək çox çətindir. Özümü yeməyə məcbur etdim, gündə beş dəfə yedim – bu, məni həqiqətən xəstə etdi. Buna görə də kökəlməyə çalışan döyüşçülərə məsləhətim budur ki, bunu edin, amma özünüzü yeməyə çox məcbur etməyin. Əvvəlcə bacarıqlarınıza diqqət yetirin”, – Sen-Pyer deyib.
Corc 28 MMA döyüşü keçirib və 26 qələbə qazanıb. İslam Mahaçev 28 döyüşdən 27-də qalib gəlib.
Aut.az
