“Yunayted”in ulduzu Mourinyonun yanına gəlir?
Joze Mourinyonun yeni klubu “Fənərbaxça” “Mançester Yunayted”in mərkəz müdafiəçisi Viktor Lindelofla yaxından maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Lindelof “Mançester Yunayted”dən ayrılmaq istəyir, o, “qırmızı şeytanlar”ın idman layihəsinin perspektivindən əmin deyil. İngiltərə klubunun 29 yaşlı isveçli müdafiəçi üçün 8 milyon avro istəyəcəyi gözlənilir.
Xatırladaq ki, Lindelof 2017-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, ingilis klubuna “qırmızı şeytanlar”ı Joze Mourinyo çalışdırdığı bir vaxtda keçib.
Aut.az
