İspaniya

Yamal kumirinin adını açıqladı – Messi deyil

“Barselona”nın cinah oyunçusu Lamin Yamal Lionel Messinin onun kumiri olmadığını etiraf edib.

Aut.az xəbər verir ki, buna baxmayaraq Yamal argentinalının dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib.

Lamin uşaqlıqda “Barsa”nın digər keçmiş hücumçusu Neymara heyran olub.

“Uşaqlıqda kumirim Neymar idi. Messi isə ən yaxşı olsa da, necə oldusa, Neymarın oyunu xoşuma gəldi”, – Yamal La Liqanın mətbuat xidmətinə müsahibəsində etiraf edib.

Aut.az