O, mənə Peleni xatırlatdı – “Real”ın əfsanəsi kimə heyran olub?
“Real Madrid”in əfsanəvi futbolçusu Emilio Butrageno “kral klubu”nun qeyri-real geri dönüşü bacardığı Dortmund “Borussiya”sı ilə matç haqda danışıb.
Aut.az xəbər verir ki, əfsanə Vinisiusun çıxışını yüksək qiymətləndirib.
“O, mənə Peleni xatırlatdı. Vinisiusun topla hərəkət tərzi, oyunu və vacib qollar vurmaq bacarığı mənə Pelenin gəncliyini xatırladır.
O, böyük iş gördü. Futbolu sevənlər üçün onun “Bernabeu”dakı çıxışı bir çox emosiyalar, o cümlədən heyranlıq doğurdu”, – ispaniyalı bildirib.
Aut.az
