“Barsa”nın əfsanələrinə çatdı
İspaniya Kral Kubokunun 1/8 finalında “Barselona” səfərdə “Unionistas”la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
Aut.az xəbər verir ki, yarımmüdafiəçi Frenki de Yong Kataloniya təmsilçisinin əsas heyətində yer alıb. Bu, onun “Barsa” forması ilə 200-cü oyunu olub.
De Yonq 200+ oyun keçirməklə “Barselona” tarixində bunan ail olan altıncı niderlandlı olub. 26 yaşlı futbolçu müvafiq olaraq, Frank de Bur (214), Maykl Raysiqer (255), Patrik Kluyvert (257), Ronald Kuman (264) və Filip Kokudan (292) geri qalıb.
Qeyd edək ki, de Yonq keçirdiyi 200 oyunda 16 qol vurub və 20 məhsuldar ötürmə edib.
