“Barselona”nın ulduzu tənqid edildi: İtinin qulaqlarını kəsdiyi üçün – FOTO
“Barselona”nın və İngiltərə millisinin hücumçusu Markus Reşford “Instagram” səhifəsində yeni paylaşım edib.
Aut.az xəbər verir ki, 27 yaşlı futbolçu yeni Barselonadakı evində iti ilə birlikdə görüntülənib.
Foto çoxsaylı müsbət reaksiyalar toplasa da, heyvansevərlər bir detalı gözdən qaçırmayıblar və şərhlərdə yazıblar:
“Əla itdir… amma qulaq kəsilməsi vəhşilikdir və tamamilə lazımsız prosedurdur”.




