Həyat yoldaşı odun üstünə yağ tökdü: Bu şəhərdədir
Kevin De Bruynenin həyat yoldaşı “Napoli”nin mövsümün sonunda azad agentə çevriləcək belçikalıya müqavilə təklif edəcəyi ilə bağlı şayiələr fonunda şəhəri yoxlamaq üçün Neapola səfər edib.
Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
De Bruyne 10 mövsüm və 6 Premyer Liqa çempionluğundan sonra yayda “Mançester Siti”ni tərk edəcək.
“Corriere dello Sport”un məlumatına görə, “Napoli” De Bruyne ilə iki illik müqavilə bağlamağa hazırdır.
Aut.az
