İngiltərə

Pep onun gedişinə belə təəssüfləndi: Ən sərt, ən sürətli…

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Kayl Uokerin “Milan”a keçidini şərh edib.

Aut.az xəbər verir ki, məşhur insayder və jurnalist Fabritsio  Romano Qvardiolanın sözlərindən sitat gətirib:

“Kayl Uoker ayrılmaq qərarına gəldi… İndiyə qədər sahib olduğumuz ən sərt, ən sürətli, ən güclü müdafiəçi klubu tərk etmək qərarına gəldi”.

Qeyd edək ki, hələlik bu, tam hüquqlu transfer deyil, məcburi satınalma olmadan cari mövsümün sonuna qədər icarədir.

Aut.az