İngiltərə

Gələcəyi ilə bağlı qəti qərar verdi

“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne klubu ilə müqaviləsini uzadacaq.

Aut.az xəbər verir ki, bu abrədə “Mirror” məlumat yayıb.

Mənbənin məlumatına görə, 32 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klublarının marağına baxmayaraq, İngiltərə klubunda qalmaq niyyətindədir.

De Bruynenin “Mançester Siti” ilə müqaviləsi 30 iyun 2025-ci ilin yayına qədərdir. 2023/2024 mövsümündə yarımmüdafiəçi 26 oyun keçirib, 6 qol vurub və 18 məhsuldar ötürmə edib.

Aut.az