İngiltərə

“Liverpul”dan Premyer Liqa tarixinin anti-rekordu: Belə komanda olmayıb

“Liverpul” İngiltərə Premyer Liqasının 29-cu turunda “Vulverhempton”a 1:2 hesabı ilə məğlub olub. Mersisayd təmsilçisi ikinci hissəyə əlavə olunmuş vaxtın 4-cü dəqiqəsində qol buraxıb. 

Aut.az xəbər verir ki, “Opta Sport” statistik portalının məlumatına görə, “qırmızılr” cari mövsüm Premyer Liqada 90-cı dəqiqədən sonra buraxılan qollar səbəbindən beşinci dəfə məğlub olub. Liqa tarixində heç bir komanda bir mövsüm ərzində bu qədər belə ssenari ilə uduzmayıb.

Daha əvvəl mersisaydlılar 25-ci turda “Mançester Siti” (1:2), 23-cü turda “Bornmut” (2:3), 7-ci turda “Çelsi (1:2) və 6-cı turda “Kristal Pelas” (1:2) ilə qarşılaşmalarda da 90-cı dəqiqədən sonra buraxılan qollarla məğlub olub.

Bu nəticədən sonra “Liverpul” 48 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. “Vulverhempton” isə 16 xalla sonuncudur.

Aut.az