“Yunayted”in yay transfer büdcəsi bəlli oldu
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimin yay transfer büdcəsi 100 milyon funt-sterlinqdən (119 milyon avro) az olacaq.
Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar”ın rəhbərliyi komandanın Avropa Liqasının finalında “Tottenhem”ə məğlub olmasına (0:1) baxmayaraq, portuqaliyalı mütəxəssisə hələ də güvənir və dəstəkləyir. “Mançester Yunayted”in futbol departamenti Amorimin mövsümöncəsi tam hazırlıq keçirməsini və heyəti gücləndirməsini istəyir.
Həmçinin vurğulanır ki, “Mançester Yunayted” əməkldaşların xeyli hissəsini ixtisar etdiyi üçün yeni oyunçular almaq üçün mövcud oyunçuları satmağa ehtiyac yoxdur.
Aut.az
