İngiltərəİtaliya

İcarə əsasında “Siti”dən “Milan”a keçir: Şərtlər bəllidir

“Mançester Siti”nin müdafiəçisi Kayl Uoker icarə əsasında “Milan”a keçəcək.

Aut.az xəbər verir ki, müqavilədə istəyə bağlı satınalma variantı olacaq. Bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.

“Kayl Uoker “Milan”la 2027-ci ilin iyununa qədər qüvvədə olacaq müqavilənin şərtlərini razılaşdırıb. “Milan” icarədən sonra yayda “Siti”dən almaq (istəyə bağlı) opsiyasından istifadə etmək qərarına gələrsə, qüvvəyə minəcək”, – Romano yazıb.

İngiltərə çempionatının cari mövsümündə 34 yaşlı Kayl Uoker 15 oyun keçirib. Onun həmçinin Çempionlar Liqasında iki, İngiltərə Liqa Kubokunda isə bir oyunu var.

Aut.az