“Yunayted” lazaretə çevrilib: Yeganə sağlam müdafiəçi odur
Bu gün, aprelin 21-də “Koventri Siti” və “Mançester Yunayted” arasında İngiltərə Kubokunun yarımfinal oyunu keçiriləcək. Qarşılaşma “Uembli” stadionunda (London, İngiltərə) baş tutacaq.
Aut.az xəbər verir ki, “Yunayted” bu oyuna ciddi itkilərlə çıxacaq. Komanda xüsusən də mərkəz müdafiəçisi mövqeyində böyük çətinliklə üzləşib.
Hazırda bu mövqedə yeganə sağlamoyunçu Harri Maquaerdir. Bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.
Bildirilir ki, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq bu mövqedə nominal yarımmüdafiəçi Kazemironu oynadacaq.
Aut.az
