İngiltərə

Atı yarışda qalib olan Ferqyusonun sevinci gündəm oldu – VİDEO

“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyusonun atı Çeltenhem yarışında qalib gəlib.

Aut.az xəbər verir ki, o, atının qələbəsinə səmimi şəkildə sevinib. Ferqyusonun duyğu dolu anları sosial şəbəkələrdə marağa səbəb olub.

Ser Aleks dəyəri 620.000 funt-sterlinq olan atın ortaq sahiblərindən biridir.

Qeyd edək ki, 2013-cü ildə məşqçilikdən təqaüdə çıxdıqdan sonra o, “Mançester Yunayted” vəzifə sahibi olub. Klubun idarə edilməsinə məsləhətlərini verib. Eyni zamanda asudə vaxtlarını maraqlı keçirmək üçün yarış atında pay alıb.

Aut.az