Qvardioladan narazıdır: Qışda gedəcək
“Mançester Siti”nin yarımmüdafiəçi Kelvin Fillips “Mançester Siti”dən ayrılmağa yaxındır.
Aut.az xəbər verir ki, yarımmüdafiəçi qış transfer pəncərəsində “Siti”ni tərk edə bilər. Buna səbəb baş məşqçi Pep Qvardiolanın ona az şans verməsidir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İngiltərə millisinin üzvü Premyer Liqanın digər klubları – “Nyukasl” və “Everton” yaxından maraqlanır. Hər iki klub Filipsə görə “Siti”yə təzminat ödəməyə hazırdır.
Qeyd edək ki, Kelvin Mançester təmsilçisinə 2022-ci ilin yayında “Lids”dən 46,8 milyon funta transfer olunub. 27 yaşlı yarımüüdafiəçi bu mövsüm cəmi 5 oyunda meydana çıxıb. Ötən mövsüm isə o, 21 oyunda “şəhərlilər”in formasını geyinib.
Aut.az
