İngiltərə

19 yaşlı istedada görə ukraynalını satırlar: Bu qiymətə

“Arsenal”ın 27 yaşlı müdafiəçisi Aleksandr Zinçenko yayda London klubunu tərk edə bilər.

Aut.az xəbər verir ki, “Football London”un məlumatına görə, “topçular” hələ Zinçenko ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamayıb və onu bu yay 20 milyon avroya sata bilər.

“Arsenal” Zinçenkonu, transfer qiyməti 30 milyon avro olaraq qiymətləndirilən “Ayaks”ın 19 yaşlı istedadlı müdafiəçisi Yorrell Hato ilə əvəz etməyi planlaşdırır.

Bu mövsüm Zinçenko “Arsenal”ın heyətində bütün turnirlərdə 35 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Aut.az