İtaliya

Belə köməkçinin əlini sıxmazsan, cəzalanarsan – VİDEO

İtaliyalı futbol hakimi Xuan Luka Sakki cəzalandırılıb.

Aut.az xəbər verir ki, o, A Seriyasının “Leççe” – “Sassuolo” matçından (1:1) əvvəl baş verən insident səbəbindən 1 oyunluq cəzalanıb.

Meydançaya girməzdən əvvəl 38 yaşlı referi qadın köməkçisi Françeska Di Monte ilə salamlaşmayıb. Köməkçi baş hakimə salam vermək üçün əlini uzadıb, lakin Sakki onun jestinə məhəl qoymayıb və “Leççe” oyunçusunun əlini sıxıb.

İtaliya Hakimlər Assosiasiyası Sakkinin davranışını cinsiyyətçi hesab etməyib. Lakin yenə də onu cəzalandırıb.

“Seksizm iddiaları tamamilə istisna olunur. Bu, sadəcə olaraq qeyri-iradi və yanlış şərh edilmiş bir jest idi. Təəccüblüdür ki, bütün gender maneələrinin məhv edilməsini əsas məqsədlərindən birinə çevirmiş bir assosiasiya daxilində seksizmdən danışırıq”, – deyə İtaliya Hakimlər Assosiasiyası bildirib.