20 yaşlı gürcünün İtaliya nəhənginə transferi niyə baş tutmayıb?
“Empoli”nin mərkəz müdafiəçisi Saba Qoqliçidzenin qış transfer pəncərəsində “Roma”ya keçidi uğursuz olub.
Aut.az xəbər verir ki, bu barədə 20 yaşlı futbolçunun agenti Levan Mçedlidze məlumat verib.
“Roma” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdıq, lakin klublar təzminatların ödənilməsi sxemi ilə bağlı razılığa gələ bilməyiblər. Bu səbəbdən sövdələşmə uğursuz oldu”, – deyə o bildirib.
Qoqliçidze Kutaisi “Torpedo”sunun yetirməsidir. 2024-cü ilin əvvəlində “Empoli”yə keçib. Müdafiəçi bu mövsüm A Seriyasında 20 oyun keçirib.
Aut.az
