Qvardiola artıq rahatlıq tapıb: Ümid edir ki…
Pep Qvardiola “Mançester Siti”nin “Everton” üzərində qazandığı qələbədən danışıb.
Premyer Liqanın 33-cü turunun matçında “şəhərlilər” 2:0 hesabı ilə qalib gəlib.
“Mən deyərdim ki, bu, vacib qələbədir. Ağıllı oynamalı idik. Mövsümün bitməsinə 5-6 oyun qalmışdı, “Everton” səfərdə “Nottingem Forest”i məğlub etdiyi və burada “Arsenal”a uduzmadığı bir vaxtda “Qudison Park”da qalib gəldik . Bu, çox vacibdir.
Bu futbolçulara nə olursa olsun, son on ildə etdiklərinə görə minnətdaram və bu mövsüm onlara hər zamankından daha çox minnətdaram. Xüsusilə zədələrlə çətin dövr keçirdik, amma indi az-çox stabilik.
İndi hər şey öz əlimizdədir. Ümid edirəm ki, Çempionlar Liqasına düşə biləcəyik”, – “Mançester Siti”nin baş məşqçisi deyib.
Aut.az
