Formula 1

Qırmızı paltarlı adam: Hemilton ilk dəfə “Ferrari” kombinezonunda – FOTO

Pilot Lyuis Hemilton “Mercedes”də 12 il keçirdikdən sonra yanvarın 20-də “Ferrari”yə qoşulub.

7 qat Formula 1 çempionu əvvəllər qırmızı rənglərdə olmaq arzusu haqda çox danışırdı. Və artıq arzusu gerçəkləşdi. Sürücü “Ferrari” bazasının əməkdaşları ilə görüşüb və ilk dəfə qırmızı kombinezonda ictimaiyyət qarşısına çıxıb.

Yaxın günlərdə sürücü fevralın sonunda Bəhreyndə keçiriləcək mövsümöncəsi sınaqlara hazırlaşaraq “Ferrari” avtomobilinin köhnə versiyalarından biri ilə işləməyə başlayacaq.

Qırmızı paltarlı adam: Hemilton ilk dəfə “Ferrari” kombinezonunda - FOTO

Aut.az