Formula 1

Əfsanə gedir, səbəbi də budur ki…

Yeddiqat dünya çempionu Lyuis Hemiltonun “Mercedes”i tərk etmək istəmə səbəbi müəyyənləşib.

Aut.az xəbər verir ki, performans direktoru Loyk Serranın gedişindən narazı qaldığı üçün “Ferrari”yə keçməyi düşünür. Bu barədə “Racingnews365” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Hemilton 2022-2023-cü illərdə alman komandasının avtomobilinin inkişafının yanlış istiqamətdə getdiyini düşənən Serranın fikri ilə razılaşır. Problemi dərk edən və onun həllinə töhfə verə bilən mütəxəssisin getməsi Hemiltonu karyerasını başqa yerdə davam etdirmək barədə düşünməyə vadar edib.

O da bildirilir ki, şayiələrə görə, komandanın 2024-cü il mövsümü üçün hazırladığı yeni bolidi əvvəlki illərlə müqayisədə daha stabil və proqnozlaşdırıla bilən olacaq. Amma yenə də çempionluq üçün sürət ehtiyatı olmayacaq. Bu, ingilis pilotu rəqib düşərgəsinə keçmək üçün danışıqlar aparmağa vadar edən başqa bir səbəbdir.