Ruslar türk futbolçu ilə maraqlanırlar? – Rəsmi açıqlama
“Fənərbağça”nın idarə heyətinin üzvü Səlahəddin Baki ÇSKA-nın yarımmüdafiəçisi Can Kahveci ilə maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Aut.az xəbər verir ki, Baki bu məlumatı təkzib edib.
“Bizim Kahveci ilə bağlı heç bir təklifimiz yoxdur. CSKA futbolçu ilə əlaqə saxlamayıb”, – Baki “Sport24”-ün müxbiri Anastasiya Draqomirlə söhbətində bildirib.
Bu mövsüm “Fənərbağça”nın heyətində 32 oyuna çıxan Qəhvəçi 12 qol vurub, 9 məhsuldar ötürmə edib.
Aut.az
