Formula 1

Əfsanənin etirafına baxın: Heç bir hədəfim yoxdur, ona görə də…

Formula 1 üzrə üçqat dünya çempionu Maks Ferstappen etiraf edib ki, onun artıq bu idman növündə qlobal məqsədləri yoxdur.

Aut.az xəbər verir ki, Maks buna görə də, Fernando Alonso və ya Lyuis Hemilton kimi uzun karyera planlaşdırmır.

“Artıq Formula 1-də hədəflərim yoxdur. Problem indi olduğum yerdə qalmaqdır. Daha çox yarışlarda qalib gəlmək istərdim, amma bu idman növündə istədiyim hər şeyə artıq nail olmuşam. 40 yaşıma qədər F1-də qalmayacağam. Müqaviləmin müddəti daha bir neçə ildir, amma baxacağıq”, – deyə Ferstappen bildirib.

Əvvəllər bildirilirdi ki, sürücünün müqaviləsi 2028-ci ildə başa çatır.

Aut.az